Danışıq Klubu
Universitetin İngilis dili mərkəzi ingilis dilini təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də mədəniyyət elementi kimi tanıdan müxtəlif tədbirlər təşkil edir. Bu çərçivədə dil klubları, xüsusilə Conversation Club fəaliyyət göstərir. Conversation Club tələbələrin ingilis dilində sərbəst danışıq bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradılıb. Klubun fəaliyyətində tələbələr müxtəlif mövzularda müzakirələr aparır, fikir mübadiləsi edir və real həyatda dilin tətbiqini təcrübə edirlər. Bundan əlavə, tələbələrin maraq dairələrinə uyğun layihələr, mühazirələr və interaktiv tədbirlər də keçirilir ki, bu da onların ingilis dilində düşünmə və ifadəetmə qabiliyyətlərini artırır. Beləliklə, Conversation Club tələbələrin dil bacarıqlarını praktik olaraq gücləndirir və onların mədəniyyətlərarası kommunikasiya imkanlarını genişləndirir.