Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

İdman Klubu

İdman Klubu

Tələbələrin idman bacarıqlarının inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etmək və idmanın müxtəlif növlərinə maraq yaratmaq məqsədilə Qərbi Kaspi Universitetində İdman klubu fəaliyyət göstərir.

Qərbi Kaspi Universitetinin İdman Klubları Birliyi 2008-ci ildən fəaliyyət göstərir. İdman Klubları Birliyi fəaliyyət müddətində ölkə daxilində və xaricində bir sıra nailiyyətlər əldə etmişdir. 

Müasir standartlara uyğun olan futbol, voleybol, həmçinin basketbol zalı mövcuddur. Stolüstü tennis, idman dırmanması ilə məşğul olmaq üçün texniki avadanlıqlar və dırmanma divarı istifadəyə açıqdır.

İdman Klubları Birliyi FAİREX ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev zirvəsinə, Bazardüzü zirvəsinə, Şahdağ zirvəsinə, Atatürk zirvəsinə müxtəlif yürüşlər etmişdir. Qərbi Kaspi Universiteti FAİREX ilə birgə beynəlxalq ekspedisiya proqramları çərçivəsində ölkə adına ilklərə imza atmışlar. İlk Azərbaycan-Antarktida ekspedisiyası və ilk Azərbaycan-Afrika ekspedisiyası təşkil edilmişdir.

Dağ turizmi və dağçılıq sahələri də İdman Klubları Birliyinin nəzdində fəaliyyət göstərir. Dağlıq ərazilərə təşkil edilən Hiking-lər də tələbələr tərəfindən maraqla qarşılanır. İdman cəmiyyətinin daxilində Eco tur və idman dırmanması da mövcuddur. İdman dırmanması növü üzrə müxtəlif  yarışlarda iştirak etmiş tələbələrimiz yüksək nailiyyətlər  əldə etmişlər.

İdman Klubuna bir sıra sahələr daxildir: 

Futbol komandası

Futbol komandamız 2008-ci ildən fəaliyyət göstərir. Müasir mini-futbol zalı da tələbələrimizin ixtiyarındadır. Futbol klubumuzun peşəkar yığma komandası bir sıra uğurlara imza atmışdır. Klubumuz Universitetlər arası bir sıra yarışlarda iştirak edib, mükafatçılar arasında müxtəlif  yerləri qazanmışlar.

Basketbol komandası

İdman Klubları Birliyinin tərkibində formalaşan basketbol klubu 2009-cu ildən fəaliyyətə başlamışdır. Burada basketbol komandamız üçün müasir tələblərə uyğun idman zalımız və avadanlıqlarımız var. Burada komanda üzvləri yarışlara hazırlıq mərhələsində öz məşqlərini keçirirlər.

Qərbi Kaspi Universiteti komandası, ali təhsil məktəblərinin tələbələri arasında keçirilən IX Respublika Universiadasında  Basketbol (kişilər) üzrə III yer tutduğuna görə, "Gənclik Tələbə İdman Cəmiyyəti" tərəfindən diplomla təltif olunmuşdur.

FƏALİYYƏTİMİZ:

  • Tələbələri fiziki tərbiyəyə yönəltmək və  tələbələri universitetdə fəaliyyət göstərən idman məşqlərə cəlb etmək;
  • Universitet daxili turnirlərin təşkil edilməsi;
  • İdmanın müxtəlif növləri üzrə seçmə yarışların keçirilməsi;