Alman mütəxəssisin vebinarı olacaq
Dekabrın 10-da saat 14:00-da “Qlobal pandemiya dövründə beynəlxalq turizmin vəziyyəti” mövzusunda Qərbi Kaspi Universiteti tərəfindən vebinar təşkil olunacaq. Vebinar Almaniyalı mütəxəsis Heike Maria Johenning tərəfindən aparılacaq.
Heike Maria Johenning post-sovet regionu üzrə Almaniyanın nüfuzlu ekspertlərindən sayılır. Xanım Johenning dəfələrlə Azərbaycana səfərlər edib və Almaniya-Azərbaycan münasibətləri ilə bağlı beynəlxalq mətbuatda məqalələrlə çıxış edib. 2020-ci ilin sonunda Heike Maria Johenningin Bakı arxitekturası ilə bağlı yazdığı kitab rus və ingilis dillərində çap olunacaq.
Tədbirin linki: Join Microsoft Teams Meeting