“Atmosfer çirklənməsi və onun qarşısının alınması üsulları” mövzusunda vebinar
“Ekologiya və ətraf mühit” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru dos. Nəcibə Şirinovanın aparacağı vebrinar 27 fevral 2021-ci il tarixdə saat 12.00-da başlayacaq.
Vebrinarda atmosferin quruluşu, təbii və antropogen çirklənmə mənbələri, çirklənmədə istehsal müəssisələrinin rolu və onun qarşısının alınması üsulları, nəqliyyat vasitələrinin rolu və onların qarşısının alınması üsulları, alternativ ekoloji təmiz enerji mənbələri, yanacaq növləri və s. bəhs ediləcək.