“Ortaçağ Azərbaycan tarixinin aktual problemləri” mövzusunda Respublika elmi-praktik konfransı
Qərbi Kaspi Universitetində 20 fevral 2021-ci il tarixində “Ortaçağ Azərbaycan tarixinin aktual problemləri” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.
Keçmiş Sovetlər zamanında və Qərb dünyasında Azərbaycanın orta əsrlər tarixi ilə bağlı aparılmış bir sıra tədqiqatlarda ciddi təhriflərə yol verilmişdir. Xüsusilə sovet ideologiyasına uyğun olaraq Azərbaycanın etnik, siyasi, mədəni, dövlətçilik tarixi reallıqlardan uzaq konsepsiyalar əsasında tədqiq edilmişdir. Bundan əlavə ortaçağ tarixi üçün xüsusi əhəmiyyətə sahib bəzi məsələlər isə tədqiqata cəlb edilməyərək üzərindən sükutla keçilmişdir. Müstəqillik illərində orta çağ Azərbaycan tarixinin müxtəlif problemləri yenidən tədqiq olunsa da, hələ də bir sıra məsələlər tam obyektiv və yeni tarixi baxış əsasında araşdırılmamış qalır. Azərbaycanın orta çağ tarixini müstəqil, ideologiyadan kənar və mümkün real faktların əsasında araşdırılması günümüz üçün elmi aktuallıq kəsb edir. Konfransın məqsədi Ortaçağ Azərbaycan tarixinin müxtəlif mövzuları üzrə təhrif olunmuş, zəif öyrənilmiş və ya ümumiyyətlə tədqiqata cəlb olunmayan aktual problemlərini tarix elminin müasir metodlarından da istifadə edərək rekonstruksiya etməkdir.
Konfransıın mövzuları:
Ø Ortaçağ Azərbaycanının siyasi və sosial-iqtisadi tarixi məsələləri
Ø Ortaçağ Azərbaycan dövlətlərinin dövlət quruluşu məsələləri
Ø Ortaçağda Azərbaycanda dini və etnokonfessional proseslər
Ø Sovet tarixşünaslığında Azərbaycanın tarixi və tarixi şəxsiyyətlərinə münasibət məsələləri
Ø Azərbaycanın ortaçağ tarixi Qərb tarixçilərinin tədqiqatlarında
Ø Ortaçağ Azərbaycan tarixinin antropoloji, arxeoloji, etnolinqivistik, numizmatik, toponimik, epiqrafik tədqiqi və bu araşdırmalarda müasir üsulların tətbiq edilməsi
Ø Ortaçağda Azərbaycanın mədəniyyət məsələləri
Ø Ortaçağ Azərbaycan tarixinin tədqiqində qeyri-tarix elmlərinin rolu və əhəmiyyəti
Ø Ortaçağ Azərbaycanın tarixi-coğrafiyası
Ø Ortaçağ Azərbaycan tarixinə aid qaynaqlarının təhlili və yeni aşkar olumuş mənbələrin tədqiqi məsələləri
Ø Orta çağ Azərbaycanın hərb tarixi məsələləri
Konfransın dili və tələb olunan qaydalar:
1. Konfransa Azərbaycan, rus və ingilis dilində məqalə təqdim etmək olar. Məruzənin adı, müəllifin adı və soyadı, elmi dərəcəsi (varsa), işlədiyi və ya oxuduğu yer göstərilməli, əlaqə telefonu, e-maili mütləq qeyd olunmalıdır.
2. Məruzənin həcmi A4 formatlı kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və mövzu hissəsinə “Azərbaycan tarixi” yazmaqla Universitetin history.conference@wcu.edu.az e-mail ünvanına göndərilməlidir.
3. Konfransın məruzələri Azərbaycan, ingilis və rus dillərinin birində olmaqla, həcmi 5-10 səhifəyə qədər ola bilər. Məruzələr yazılan dildən başqa qeyd olunan iki dildə qısa xülasəsi verilməlidir. Məruzənin adından sonra açar sözlər (3 dildə-Azərbaycan, rus, ingilis dillərində) göstərilməlidir. Xülasə məntin adı və açar sözlər ilə birgə 200-300 simvol arası olmalıdır. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır. Məs., [2, 34] və ya [4, 56-57].Şəkil və qrafik təsvirlər Word formatda təqdim edilməlidir.
4. Xülasələr 15 fevral 2020-ci il tarixinədək yuxarıda qeyd edilən ünvana göndərilməlidir.
5. Tam mətnli məqalələrin göndərilməsi üçün son tarix: 28 fevral 2020-ci il.
6. Konfransda iştirak edənlərə konfrans materiallar; toplusu və sertifikatlar tədqim olunacaqdır.
7. Əlavə məlumat almaq üçün Siyasi və İctimai Elmlər Məktəbinin “Tarix və Fəlsəfə” kafedrasına (050 6687239) müraciət edə bilərsiniz.