Polşalı professorların mühazirələri başlayır
Qərbi Kaspi Universiteti “Erasmus+” proqramı çərçivəsində xarici universitetlərlə müəllim və tələbə mübadiləsi əməkdaşlığını davam etdirir. Layihə çərçivəsində 14-18 fevral tarixində Polşanın Nicolaus Copernicus Universitetinin Yerşünaslıq kafedrasının professorları Dr. Przemysław Charzyński və Dr. Czesław Adamiak Turizm ixtisası üzrə təhsil alan tələbələr üçün mühazirələr deyəcək.
Qonaq müəllimlərin mühazirələri dünya ölkələrində coğrafi, tarixi, etnik, mədəni və turizm məsələləri, qastronomik turizm, COVID-19 pandemiyası və post-COVID-19 kontekstində turizmin transformasiyaları, çətinlikləri və s. istiqamətləri əhatə edəcək.
Proqram çərçivəsində eyni zamanda Turizm ixtisası üzrə təhsil alan tələbələrə yay aylarında Nicolaus Copernicus Universitetində “Erasmus+” proqramı çərçivəsində təcrübə keçmək imkanı haqqında da məlumat veriləcək.