Qərbi Kaspi Universiteti 2023/2024-cu tədris ili üçün ikinci ali təhsil üzrə qəbul elan edir
Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2023/2024-cü tədris ili üçün aşağıda göstərilən ixtisaslara təkrar ali təhsil üzrə qəbul elan edir:
1. İqtisadiyyat *
2. Maliyyə *
3. Mühasibat *
4. Turizm işinin təşkili *,
5. Marketinq*
6. Biznesin idarə edilməsi*
7. İnformasiya texnologiyaları
8. Kompüter mühəndisliyi *
9. Ekologiya
10. Cihaz mühəndisliyi
11. Biologiya
12. Meşəçilik *
13. Politologiya
14. Beynəlxalq münasibətlər
15. Dövlət və bələdiyyə idarəetməsi
16. Psixologiya *
17. Fəlsəfə
18. Tarix *
19. Sosial iş
20. Dizayn
21. Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
22. Tərcümə
23. Turizm bələdçiliyi
24. Kompyuter elmləri*
25. Su bioehtiyatları və akvakultura
26. İnformasiya təhlükəsizliyi*
27. Filologiya (İngilis dili və ədəbiyyatı)
(Qarşısında * işarələri qoyulmuş ixtisaslarda həm də qiyabi təhsil forması mövcuddur)
Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarının əsasında aparılır.
Tələb olunan sənədlər:
• ərizə
• ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
• əmək kitabçasının surəti (işlədiyi halda);
• 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
• şəxsiyyət vəsiqəsinin surəti;
• Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti
• Sağlamlıq haqqında arayış
Qeyd:Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə təkrar ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər. Müraciət etmək istəyənlər https://www.portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim etməlidirlər.
Sənəd qəbulu prosesi 31 avqust 2023-cü il saat 18:00-da bitəcək.
Təhsil əyani və qiyabi formalarda həyata keçirilir.
Təhsil Azərbaycan və Rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək.
Əlavə məlumatı göstərilən ünvandan əldə etmək olar:
İstiqlaliyyət 31 (İçərişəhər korpusu) və Əhməd Rəcəbli küçəsi, III paralel/21
Əlaqə nömrələri: (012) 492 61 63 (daxili-27); 565-39-76