Qərbi Kaspi Universiteti

QKU və APFM arasında əməkdaşlıq görüşü

Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyası (APFM) sözügedən sahədə təcrübəli mütəxəssislərin yetişdirilməsi sahəsində Qərbi Kaspi Universiteti ilə də  əməkdaşlığa başlayır.

Bu məqsədlə Qərbi Kaspi Universitetinin Tələbə və Məzunların Təcrübə və İnkişaf mərkəzi və APFM arasında olan əməkdaşlıq çərçivəsində ilk onlayn tədbir keçiriləcək.

Tədbirin məqsədi iqtisadi istiqamətlər üzrə təhsil alan tələbələrin gələcək əmək fəaliyyətlərində praktiki təcrübələrinin formalaşması baxımından hüquqi tələblərin və yerinə yetirilməsi tələb olunan vəzifələrin şərh edilməsidir.

Tədbir  microsoft teams   vasitəsi ilə 07 may 2021-ci il tarixində saat 15:00-da keçiriləcək.

İştirak üçün link:

teams link>