"Sağlam qidalanma və qida təhlükəsizliyi" mövzusunda vebseminar olacaq
Qərbi Kaspi Universiteti Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi və Gənclərin Töhfəsi İctimai Birliyi ilə birgə “SAĞLAM QİDALANMA VƏ QİDA TƏHLÜKƏZLİYİ” mövzusunda elmi vebseminar təşkil edəcək.
2022-ci il 27 iyul saat 14:00-da Qərbi Kaspi Universitetidə Microsoft Teams platformasında keçiriləcək vebseminarın moderatoru Qərbi Kaspi Universitetinin “Təbiət elmləri” kafedrasının müəllimi b.ü.f.d. Ayaz Məmmədov olacaq. Vebseminarda Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev və qida texnoloqu Ağa Salamov məruzə ilə iştirak edəcəklər. Müzakirələrdə Qərbi Kaspi Universitetinin “Təbiət elmləri” və “Ekologiya” kafedralarının əməkdaşları, doktorantlar, magistrlar, tələbələr iştirak edəcək.
Əlaqə: +994124927418; science@wcu.edu.az