“Rəqabətqabiliyyətli mütəxəsiss hazırlığı müasir təhsilin əsas məqsədidir” Respublika elmi-praktik konfransı
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 26 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Rəqabətqabiliyyətli mütəxəsiss hazırlığı müasir təhsilin əsas məqsədidir” mövzusunda Respublika elmi-praktik konfrans keçiriləcək.
Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:
- Qloballaşma şəraitində Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası;
- Maliyyə bazarları və pul-kredit mexanizminin tənzimlənməsi istiqamətləri;
- Xidmət sahələrinin inkişafı və innovasiya menecmenti;
- Sahə iqtisadiyyatı və turizm;
- Regionların sosial-iqtisadi inkişaf istiqamətləri;
- Sənayenin diversifikasiyası;
- Rəqabətqabiliyyətli mütəxəsis hazırlığı və əmək bazarın prioritetləri.
Məqalə və tezislərin elektron qəbulu ən gec 15.04.2023-ci il tarixinədək aşağıdakı elektron poçta göndərilməlidir: conference.2022@wcu.edu.az
Konfrasda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsi ilə qoşula bilər
https://teams.microsoft.com/l/meetup-join/19%3alwMVUYWmZ5ToEZvY1YttHWxUMyNcRMkLRa9fC6j7KDc1%40thread.tacv2/1680690766647?context=%7b%22Tid%22%3a%220346efb5-dffb-4aaf-a159-079c1c0325c7%22%2c%22Oid%22%3a%2206395d24-d02a-48f1-bc26-c2da9b775399%22%7d
Konfransın dili və tələb olunan qaydalar:
Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazıla bilər. Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-12, interval-1) yığılmalı, A4 formatlı standartla (210x297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3-5 səhifədən çox olmasın.
Mətnin əvvəlində bölmə göstərilir, bir sətir sonra sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında elmi dərəcəsi, müssisəsinin adı, e-poçt ünvanı, telefon nömrəsi və növbəti sətirin mərkəzində isə konfrans materialının adı Boyük həriflərlə yazılmalıdır.
Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir:
Ədəbiyyat siyahısı mətnin sonunda rast gəlmə sırası ilə verilir.
Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.
Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır.
İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində […] göstərilir.
Məqalələrə görə müəlliflər məsuliyyət daşıyır.
Əlaqə üçün:
E-mail: conference.2022@wcu.edu.az
Telefon: +994 12 565 39 74 (Elm şöbəsi)
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A, AZ1072
KONFRANSIN BÖLMƏSİ (Mütləq qeyd olunmalıdır)
Müəllifin adı, ata adı, soyadı
Təşkilat, Ali təhsil müəssisəsi (kursiv yazı formasında)
Email: (kursiv yazı formasında)
TEZİSİN ADI (Qalın və böyük hərflərlə)
ABSTRACT
( ingilis dilində 50-100 söz)
Keywords: minimum 3, maximum 5 words.
Mətin bölünür (Giriş, əsas mətn, nəticə, ədəbiyyat siyahısı)
Məqalənin Azərbaycan və ya Rus dillərindən hərhansı birində yazılmışdırsa, İngilis dilində xülasə və açar sözlər qeyd olunmalıdır. (12 şrift, 1 interval)