Xarici professorların iştirakı ilə "Gender və İnkişaf" mövzusu üzrə vebinar keçiriləcək.
Fevralın 25-i saat 14:00-da Qərbi Kaspi Universiteti ilə İndoneziyanın BİNUS Universitetinin birgə təşkilatçılığı ilə "Gender və İnkişaf" mövzusu üzrə vebinar keçiriləcək. Vebinarda çıxışçılar İndoneziyalı professorlar Dayu Nirma Amurwanti və Wendy Andhika Prajuli olacaq.
Tədbir ingilis dilində keçiriləcək və tədbirdə hər kəs iştirak edə bilər. Vebinarda fəal iştirak edən şəxslərə sertifikat veriləcək. Zoom platformasında keçiriləcək vebinara, qoşulmaq üçün qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat üçün aşağıdakı formanı doldurmaq tələb olunur. Tədbirə qoşulmaq üçün müraciətçinin emailinə link göndəriləcək :