Qərbi Kaspi Universiteti

Elmi tədqiqatlar

Azərbaycan-Cənubi Amerika Elmi Ekspedisiyası

Azərbaycan-Cənubi Amerika Elmi Ekspedisiyası bu materikin əlçatmaz füsunkar əraziləri, xüsusən də zəngin bioloji müxtəlifliyi barədə birbaşa geniş biliklər və məlumatlar əldə etməyə və onların az öyrənilmiş komponentlərini yerində tədqiq etməyə imkan
yaratmışdır. Ekspedisiya 2010-cu ildə Argentinanın ən yüksək nöqtəsi olan Akonkaqua(6962) zirvəsinə yürüşü uğurla başa vurmuşdu. Azərbaycanlı səyahətçilər Akonkaqua zirvəsinə Azərbaycan Respublikasının dövlət bayrağını və üzərində mərhum prezident Heydər Əliyevin şəkli olan «Mən fəxr edirəm ki, azərbaycanlıyam» sözləri olan lovhə bərkidiblər. Həmçinin də “Yaşıl dünya uğruna 2010-cu il Azərbaycanda ekologiya ilidir”sozləri altinda həm Azərbaycan həm də ingilis dillərində lövhə bərkidilmişdir.

Kitab

Akankaqua gündəliyi (İlk Azərbaycan-Cənubi Amerika elmi ekspedisiyası).HüseynBağırov(VI kitab)

Cənubi Amerikanın geologiyası.Hüseyn Bağırov, Vasif Babazadə.(IX kitab)

Cənubi Amerikanın Bioloji müxtəlifliyi. Hüseyn Bağırov, Qara Mustafayev, Azərçin Muradov.(X kitab)

Qalereya

x