Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Böyük Britaniyanın Swansea Universitetinin doktorantı QKU tələbələrinə seminar keçib

Böyük Britaniyanın Swansea Universitetinin doktorantı QKU tələbələrinə seminar keçib

Qərbi Kaspi Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələri üçün Böyük Britaniyanın Swansea Universitetinin doktorantı Ruslan Əsədov “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda seminar keçib.

Süni intellekt texnologiyalarının sürətli inkişafı, bu texnologiyaların cəmiyyətə və insan həyatına təsiri, həmçinin insan hüquqları ilə bağlı yarada biləcəyi imkanlar və risklər geniş şəkildə müzakirə olunub.

Süni intellektin hüquqi və etik tərəflərini, şəxsi məlumatların qorunması, diskriminasiya riskləri, qərar qəbuletmə prosesində şəffaflıq və məsuliyyət kimi mühüm məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv müzakirə formatında təşkil olunan seminarda tələbələr mövzu ilə bağlı suallar verib, öz fikirlərini bölüşüblər.

Bu kimi tədbirlər tələbələrin nəzəri biliklərinin dərinləşdirilməsi ilə yanaşı, müasir texnologiyaların hüquq və cəmiyyət üzərində çoxşaxəli təsirlərinin elmi əsaslarla təhlil olunması baxımından əhəmiyyətlidir.