Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Agroturizm sektorunun inkişafına yeni yanaşmalar

Qərbi Kaspi Universitetinin Elm və innovasiyalar departamentinin əməkdaşı dosent Günay Qasımovanın müəllifi olduğu “The role of agrıtourism ın the development of regıons” adlı məqalə Scopus bazasında indekslənmişdir.
 Agroturizm kənd təsərrüfatı və turizmin birləşməsindən yaranan davamlı turizm növüdür. Bu sektor kənd yerlərini turistik məkanlara çevirərək ziyarətçilərə kənd təsərrüfatı ilə bağlı təcrübələr təqdim edir.
Tədqiqatçımız bu sahənin yüksək məşğulluq potensialına malik olmasını,  ferma işçiləri, bələdçilər, aşpazlar və sənətkarlar kimi sahələrdə iş imkanlarını, yerli əhalinin təlim və bacarıqlarının inkişafını gücləndirmək üçün  bu sektora aid təlimlər və yerli əməkdaşlığa dəstək modeli hazırlamağın vacibliyini araşdırmış, təkliflər vermişdir.
Belə təlimlər gələcəkdə agroturizmdə yerli fermerlər və kiçik bizneslər üçün yeni bazarlar açaraq iqtisadiyyata töhfə verəcək, davamlı məşğulluq modelləri və yerli əməkdaşlıq ilə bu sahə gələcək turizm sektorunda mühüm rol oynayacaq.
Məqaləyə keçid: 

https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-85217266327&origin=recordpage