Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib
Qərbi Kaspi Universitetində “Müasir dövrdə tərcümənin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib.
Universitetin Filologiya və Tərcümə Məktəbinin Tərcümə kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda ölkənin aparıcı ali təhsil ocaqlarının tədqiqatçıları iştirak ediblər.
Çıxışlarda dünya ədəbiyyatının müxtəlif dövrlərinə aid nümunələrin dövlətimizin dəstəyi ilə Azərbaycan dilinə tərcümə edildiyi qeyd edilib.
Məruzələrdə elmi işlərin, eləcə də ədəbiyyat və mətbuatın tərcümə problemləri, tərcüməçilərin qarşısında duran vacib məsələlər nəzərdən keçirilib.
Yeri gəlmişkən, qeyd edək ki, Qərbi Kaspi Universiteti tərəfindən hazırda “101 kitab” layihəsinə başlanılıb. Layihə çərçivəsində dünya ədəbiyyatının ən yaxşı nümunələrinin, xarici dillərdə olan dərslik və dərs vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilərək çapı nəzərdə tutulur.