Bakıda "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivl
Bakıda "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib.
Qərbi Kaspi Universitetinin Biznes fakültəsinin müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Gülnarə Hacıyeva, Maliyyə ixtisası üzrə 4-cü kurs tələbələri Əsmər Hüseynli və Ülkər Bayramlı konfransda iştirak ediblər.
Dünya Bankı və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konfransda mühasibat uçotunun problemləri, bu sahədə yeni standartların ölkədə tətbiqinin əhəmiyyəti, perspektivləri, eləcə də Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarının məzunları ilə beynəlxalq mühasibatlıq şirkətlərinin qarşılıqlı əməkdaşlığı məsələləri nəzərdən keçirilib.