Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müəllimlərimizin hazırladığı yeni dərs vəsaiti işıq üzü görüb

Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes Məktəbinin müəllimlərinin hazırladığı “Bank marketinqi” adlı dərs vəsaiti çapdan çıxıb.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor Pərviz Qurbanovun, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Abasovun və Universitetin doktorantı Səməd Əlizadənin müəllifliyi ilə hazırlanan vəsait bankın əmtəə siyasətinin başlıca strategiyası, onun Ansoff matrisinə müvafiq təsnifatı, istehlak tələbatlarının dəyişdirilməsi ilə istehsal strategiyası arasında qarşılıqlı əlaqə, bank xidmətləri bazarı və bu kimi mühüm spesifik problemlərin araşdırılmasına həsr olunub.