Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ÜMUMMiLLi LiDER HEYDƏR ƏLiYEViN ANADAN OLMASiNiN 93-CÜ iLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ELMi KONFRANS

ÜMUMMiLLi LiDER HEYDƏR ƏLiYEViN ANADAN OLMASiNiN 93-CÜ iLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ELMi KONFRANS

07 may 2016-cı il tarixdə Qərb Universitetində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Fəlsəfə və Hüquq İnstitutu ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Heydər Əliyev və müstəqil Azərbaycanın uğurları” adlı Respublika elmi konfransı keçirilmişdir.

Konfrans Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması ilə başlanmışdır.

Konfransda çıxış edən Qərb Universitetinin rektoru dos. Zenfira Məmmədova Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün göstərdiyi xidmətlərdən, Müstəqil Azərbaycan dövlətinin müstəqilliyinin və inkişafının davamlı olması üçün yaratdığı dövlət mexanizminin mükəmməlliyindən danışdı. O, qeyd etdi ki, hazırda ulu öndərin bizə miras qoyduğu dövlət mexanizmi ölkə rəhbəri İlham Əliyev tərəfindən yüksək səviyyədə idarə olunur və ulu öndərin daxili və xarici siyasəti uğurla davam etdirilir. Son hadisələr bir daha sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğumuz sahəsində də düzgün siyasət yürüdülür.Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, həm də döyüş qabiliyyəti baxımından kifayət qədər güclü bir ordudur və növbəti erməni təxribatının qarşısı alınarkən Azərbaycan bir daha dünyaya kifayət qədər güclü bir dövlət olmasını, ən əsası isə xalqla dövlət arasında möhkəm vəhdət olduğunu sübut etdi.

Çıxışının sonunda Zenfira Məmmədova təhsil müəssisəsi olaraq ölkə rəhbəri İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini və təhsil işçiləri olaraq peşəkar, yüksək səviyyəli kadr potensialının yetişdirilməsi işində Heydər Əliyevin tövsiyyələrini rəhbər tutduqlarını konfrans iştirakçılarına çatdırdı.

Sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, f.e.d., prof. İlham Məmmədzadə "Ulu öndər Heydər Əliyevin multikulturalizm ideyalarının dərki”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, t.ü.f.d., prof. Cəbi Bəhramov "Heydər Əliyev və XX əsrin II yarısında Azərbaycan Respublikasının inkişaf tarixi”, Qərb Universitetinin professoru, s.e.d. Vəsilə Hacıyeva "Avropa İttifaqının Azərbaycan siyasətinin konseptual və strateji əsasları” adlı məruzələrlə çıxışlar etdilər.

Fasilədən sonra konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətindəki uğurlar, Azərbaycan Respublikasının dünya siyasətindəki rolu və yeri, bütün sahələrdə, o cümlədən elm, təhsil, iqtisadiyyat, mədəniyyət və s. həyata keçirilən məqsədyönlü siyasətdəki müvəffəqiyyətlər və digər mövzular ətrafında çıxış və müzakirələr etdilər.