Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərb Universitetində "Dilşünaslıqda müasir problemlər" mövzusunda elmi konfrans keçirildi

Qərb Universitetində "Dilşünaslıqda müasir problemlər" mövzusunda elmi konfrans keçirildi

15.04.2016 tarixində Qərb Universitetində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedoqoji Universiteti və Qərb Universitetinin təşkilatçılığı iləÜmummilli lider H.Əliyevin 93-cü ildönümünə həsr olumuş"Dilşünaslıqda müasir problemlər” mövzusunda elmi konfrans keçirildi.

Konfransı Qərb Universitetinin rektoru, dosent Zenfira Məmmədova açıq elan etdi. O, Azərbaycan dilinin bugünkü qlobollaşma şəraitində rastlaşdığı problemlərlə bağlı, o cümlədən dilin inkişafında böyük rol oynayan amillər,eləcə də mövcüd kadr potensialı haqqında fikirlərini konfrans iştirakçılarına çatdırdı. Daha sonra Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək, Ulu öndərin dövlət dili ilə bağlı ümumxalq dəstəyinə söykənən siyasi xətti barəsində düşüncələrini iştirakçılarla bölüşdü.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlfəsə doktoru Aydın Mirzazədə Ümummilli liderin Azərbaycan dilinə olan diqqətini və sevgisini qeyd etməklə yanaşı, Qərb Universitetinin bu istiqamətdəki fəaliyyətini, vaxtaşırı dillə bağlı keçirilən tədbirlər silsiləsini təqdir etdi.

Daha sonra dilşünaslığın müxtəlif sferaları üzrə mütəxəsislər bu sahədəki problemlərə həsr olunmuş - "Ümumi dilçilik”, "Müasir Azərbaycan dili”, "Transkripsiya və transliterasiya”, "Dil və düşüncə”, "Dil və nitq”, "Dil və siyasət”, "Dil və cəmiyyət”, "Dil və mədəniyyət” kimi aktual mövzular ətrafında çıxışlarını davam etdirdilər.