Qərb Universitetində Beynəlxalq konfrans keçirildi!
05 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş "Globallaşan dünyada dəyişən gender rolları" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransı açıq elan edən universitetin rektoru dos. Zenfira xanım Məmmədova ilk olaraq qonaqları salamladıqdan sonra tədbirin əhəmiyyətindən söz açdı. Zenfira xanım öz çıxışında insan təhsilinin ana bətnindən başladığını və bu səbəbdən də qadının gələcək nəslin yetişdirməsində önəmli rolunu vurğulayaraq qadınların savadlı,bilikli olmasnın vacibliyindən söz açdı. Ümummilli liderimiz Heydər Əliyevin qadınların hüquqlarının qorunmasına və ictimai fəaliyyətlərinin aktivləşdirlməsinə çox önəm verdiyini,və hal-hazırda da bu siyasətin hörmətli prezidentimiz İ.Əliyev başda olmaqla dövlətimiz tərəfindən davam etdirildiyini bildirdi.
Daha sonra çıxış üçün söz Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyevaya verildi. Aynur xanım Sofiyeva öz çıxışında dünyada baş verən qlobal proseslərin üstün cəhətlərinin olduğu kimi bəzi mənfi xüsusiyyətlərinin də olduğunu qeyd etdi. Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində qadınların dövlət strukturlarında fəallığının xeyli artığını göstərərək, son seçkilərdə 35%, sahibkarlıqda 20% aktivlik müşahidə olunduğunu vurğuladı.
Konfransın açılışında çıxış edən millət vəkili Aqiyə Naxçıvanlı öz çıxışı zamanı qloballaşmanın təsiri ilə baş verən proseslərdə əsasən qadınların qurbanlara çevrildiklərini vurğuladı. Bununla yanaşı qloballaşma proseslərinin nəticəsində ictimai fəaliyyətlərinin xeyli artması, belə ki,son zamanlar çox sayda qadın təşkilatları və şəbəkələrin aktiv şəkildə fəaliyyətinin müşahidə olunduğunu qeyd etdi. Bir sıra problemləri sadalayan Aqiyə xanım Naxçıvanlı daha əvvəlki çoxnəsilli ailələlərin azalmasının, azuşaqlı ailələrin artmasının, boşanma hallarının ildən ilə artmasının bəzi səbəbələrini izah etdi. Dövlətimizin ənənəvi ailə quruluşunu bərpa etmək üçün əlindən gələni etdiyini vurğuladı.
Daha sonra millət vəkili Hadı Rəcəbli və Millət vəkili Aydın Mirzəzadə konfransın açılışında ürək sözlərini qeyd edərək uğurlar dilədilər.
Konfransda, Türkiyə Başnazirlik mütəxəssisi, Türkiyə Cumhuriyyəti Başnazirlik Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzinin nümayəndəsi Mükaddas Arslan, Rusiya Tibb Akademiyasının kafedra nümayəndəsi dosent Tair Baratoviç Cafarali, Qazaxstanın "Karaqanda" Dövlət Texniki Universitetinin kafedra nümanyəndəsi Ajar Muxamedjanova Berkinbekova, Belarus mədəniyyət filosofu dosent Svetlana Qennadeva Karaseva, ABŞ nümayəndəsi doktor Martha Lawry da iştirak etmişdir.
Açılış mərasimindən sonra konfrans bölmələr üzrə fəaliyyətini davam etdirdi.