Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın xarici qonaqları tari
1-2 iyun 2017-ci il tarixdə Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçiriləcək "Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak etmək üçün ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar Bakıya gəliblər.
Konfrans zəngin mədəni proqramla da müşayiət olunur, xarici qonaqlar Azərbaycanın tarixi və mədəni irsini əks etdirən bir çox məkanları ziyarət edir, müxtəlif tədbirlərə qatılırlar.
Bu gün konfrans iştirakçıları ilə Qərb Universitetində görüş keçirilib. Universitetin rektoru professor Andris Leitas qonaqları salamlayaraq beynəlxalq konfransın proqramı haqda məlumat verib, onun əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra qonaqlar Bakıda – İçərişəhərlə, Şirvanşahlar Sarayı və Azərbaycan Xalça Muzeyi ilə tanış olublar, daha sonra Heydər Əliyev Mərkəzində və Azərbaycan Tarix Muzeyində olublar.
Dünyanın tanınmış tədqiqatçılarının qatılacağı konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr olacaq, müzakirələr aparılacaq.