“İnsan Hüquqları Aylığı” çərçivəsində Qərbi Kaspi Universitetində seminar keçirilib
Qərbi Kaspi Universitetində “Süni İntellekt və İnsan Hüquqları: İmkanlar və Risklər” mövzusunda elmi-praktik seminar təşkil olunub.
Seminar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) elan etdiyi “İnsan Hüquqları Aylığı” çərçivəsində baş tutub.
Tədbirdə süni intellektin insan hüquqlarının müdafiəsi, informasiya, təhsil və ictimai xidmətlərə çıxış imkanlarını genişləndirmək potensialından danışıb. Eyni zamanda, şəxsi məlumatların qorunması, alqoritmik ayrı-seçkilik və etik risklərə diqqət çəkib.
Beynəlxalq təcrübə, insan hüquqlarının qorunması mexanizmləri və Azərbaycanda həyata keçirilən hüquqi islahatlar barədə məlumat verilib. Seminar zamanı tələbələrə süni intellekt dövründə insan hüquqları, rəqəmsal təhlükəsizlik və etik yanaşmalar izah olunub.