Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"ingilisdilli ədəbiyyatda 2015-ci il yubileyləri" mövzusunda beynəlxalq konfrans

2015-ci il Britaniya və Amerika ədəbiyyatında yubileylərlə zəngindir. Məsələn, Redyard Kiplinq-150, Ceyn Ostin-240, Mark Tven-180 və sair. Bununla əlaqədar olaraq Qərb Universitetində 27 aprel 2015-ci il tarixdə "İngilis dilli ədəbiyyatda 2015-ci il yubileyləri” adlı beynəlxalq konfrans keçirildi. 

Konfransi giriş sözü ilə açan "İngilis filologiyası” kafedrasının müdiri Alla Bayramova tədbirin məqsəd və əhəmiyyətindən danışdı. Konfransda Qərb Universitetinin müəllimləri ilə yanaşı Slavyan Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri və İngiltərə, İspaniya, Kanada və digər ölkələrinin mütəxəssisləri ingilis dilli ədəbiyatın görkəmli nümayəndələrinin yaradıcılıq məsələləri müzakirə etdilər. Konfransın fəxri qonağı Kembric Universitetinin Fars Tədqiqatlar Mərkəzinin direktoru doktor Firuzə Melvill də çixiş edərək öz fikirlərini konfrans iştirakçıları ilə bölülşdu.