Beynəlxalq Multidissiplinar Elmi Konfrans
05 may 2026-cı il tarixində Qərbi Kaspi Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədqiqatçıların “Qlobal Çağırışlar, Perspektivlər: Rəqəmsallaşma Dövründə Ekoloji və Dayanıqlı Urban Sistemlər” mövzusunda beynəlxalq multidissiplinar elmi-praktik konfransı keçiriləcəkdir. Konfransın məqsədi elmin müxtəlif sahələrində fəaliyyət göstərən yerli və xarici tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək, akademik müzakirələrdə iştirak etmək və tədqiqat bacarıqlarını elmi ictimaiyyətə inteqrasiya etmək üçün platforma yaratmaqdır.
Elmi istiqamətlər:
· İKT və mühəndislik
· Humanitar elmlər
· İqtisadiyyat
· Sosial elmlər
· Təbiət elmləri
· Yer elmləri
· Sənətşünaslıq
Müəlliflər üçün təlimatlar
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
Tezisin tərtibi qaydaları:
· Həcm 3 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
· Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir.
· Əgər material rus və ya ingilis dilində təqdim edilirsə tezisin sonunda Azərbaycan dilində xülasə əlavə olunmalıdır.
Tezisin strukturu
· Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
· Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 12)
· Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 11)
· Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]).
· İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 12).
Mühüm tarixlər
· Tezislərin göndərilməsi üçün son tarix: 25 aprel 2026-cı il
· Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 30 aprel 2026-cı il
Keçirilmə yeri və əlaqə
· Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli korpusu. (502 saylı konfrans zalı)
- E-poçt: yrc2026@wcu.edu.az