Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

İspaniya Universitetinin professoru tələbələrimizə mühazirə deyib

İspaniya Universitetinin professoru tələbələrimizə mühazirə deyib

Qərbi Kaspi Universitetində SABAH.academy tərəfindən təşkil olunan “Sahibkarlığa giriş” fənni çərçivəsində “Yalın startap yanaşması” mövzusunda növbəti mühazirə keçirilib.

İspaniyanın IE Business Məktəbinin professoru Arseniy Qoldberq tərəfindən keçirilən mühazirə “Yalın startap yanaşması” metodologiyasını və onun əsas prinsiplərini araşdırmaq məqsədi daşıyıb.

Bu yanaşma startapların müştəri ehtiyaclarını ödəyən məhsul və xidmətləri səmərəli şəkildə inkişaf etdirməyə kömək etmək üçün nəzərdə tutulub.

Mühazirə zamanı tələbələr keys tədqiqatları, nümunələr və interaktiv müzakirələr vasitəsilə “Yalın startap yanaşması” prinsiplərini öz sahibkarlıq fəaliyyətlərində necə tətbiq etmək barədə bilik əldə edilbər.

Qeyd edək ki, Professor Arseniy Qoldberq, İspaniyanın Madrid şəhərində yerləşən IE Biznes Məktəbinin professoru və “ThePower” biznes məktəbində qlobal məhsul sahibi və təlimçi olaraq fəaliyyət göstərir. Onun maliyyə planlaşdırmasında və investisiya əməliyyatlarında 5 ildən artıq təcrübəsi , bundan əlavə 2 ildən çox müddətdə texnoloji startaplarla iş təcrübəsi var.

Professor eyni zamanda “Flow Partners” şirkətinin həmtəsisçisi, “Emzingo|U” şirkətində strategiya direktorudur.