Qərb Universiteti tələbələri beynəlxalq konfransda Azərbaycanı təmsil edəcək
20-23 fevral 2016-cı il tarixlərdə Fairmont otelində ölkə miqyasında Birinci Milli BMT Modeli Konfransı (MilliMUN) öz işinə başladı. Konfrans çərçivəsində BMT-nin 5 komitəsinin işi simulyasiya ediləcək. 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350 nəfər gəncin diplomat qismində iştirak edəcək.
Bütün iştirakçılar seçim, müsahibə və təlim mərhələlərindən keçmişdirlər. Qeyd edək ki, hər komitənin "Ən yaxşı nümayəndə”, "Ən yaxşı mövqe sənədi” və "Ən yaxşı debatçı”sı seçiləcəkdir. Qaliblər təşkilatçılar tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
MilliMun konfransında aşağıdakı mövzular müzakirə ediləcəkdir:
- BMT Baş Assambleyası (UN GA) – "BMT sisteminin gücləndirilməsi və onun əsas institutlarının reforması”
- BMT Təhlükəsizlik Şurası (UN SC) – "Qarabağ münaqişəsi”
- YUNESKO (UNESCO) – "Müharibə və terrorist hücumları zamanı tarixi yer və mədəni irsin müdafiəsi”
- BMT Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR) – "Qaçqın böhranı çağırışlarına davamlı həllərin yaradılması”
- Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) – "Şəxsi rəqəmsal məlumatların təhlükəsizliyinin təmin edilməsi”
Qərb Universitetinin aşağıdakı tələbələri müsabiqə və müsahibə mərhələlərindən uğurla keçərək konfransda ölkə nümayəndəsi kimi iştirak hüququ qazanmışdır:
1. Qasımov Eltur – II kurs, Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsi, Beynəlxalq Münasibətlər ixtisası, qrup: 924
2. Cavadova Nazənin – IV kurs, Qərb Dilləri fakültəsi, Tərcümə ixtisası, qrup: 322T2
3. Hacıyeva Tamara – II kurs, Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsi , Beynəlxalq münasibətlər ixtisası, qrup: 924a
4. Fərəcov Fərid - IV kurs, Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsi, qrup: 122
Tələbələrimizi təbrik edir və onlara uğurlar arzulayırıq!