Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Qadın hüquqları” haqqında seminar təşkil olunub

Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin İngilis dili və ədəbiyyatı kafedrası tərəfindən “Azərbaycanda Sovet Utopiyası, gender bərabərliyi” mövzusunda seminar təşkil olunub. Dr. Yuliya Alıyeva Sovet və Post-Sovet dövründə Azərbaycanda qadın hüquqları, qadınların iş həyatında, idarəçilikdə artan rolu, bu sahədəki dəyişikliklər barədə məlumat verib.

Seminar zamanı həmçinin bu sahədə aparılan tədqiqatların əhəmiyyəti məsələsinə də toxunulub.