Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

MƏZUNUMUZUN İŞLƏRİ BEYNƏLXALQ SƏRGİDƏ

İranın paytaxtı Tehran şəhərində GLITCH: PIXEL LANGUAGE adlı qrup sərgisi keçirilir.

Mart ayınadək davam edəcək sərgidə müxtəlif ölkələrdən rəssamlar iştirak edir.

Sərgi rəqəmsal texnologiya vasitəsi ilə yaradılan incəsənət nümünələrinə həsr edilib.

8 Yanvar - 15 Yanvar 2021 tarixlərində Bavan Gallery-də Qərbi Kaspi Universitetinin Dizayn ixtisasının məzunu Şəlalə Salamzadə öz video əsəri ilə çıxış edib.

Video əsər qədim Zərdüştlük dəyərlərinə və həmçinin müasir rəqəmsal dünyada zaman anlamına həsr olunub. Əsərdə Yaxın Şərq miniatüralarının süni intellekt ilə sintezi yer alıb.

.