Dizayn Məktəbi
Dizayn fakültəsi Azərbaycan Respublikasında ilk dəfə olaraq Qərb Universitetində 1996-ildə yaradılıb. 2017-ci ildən Qərbi Kaspi Universitetinin Dizayn fakültəsi Dizayn məktəbi adlandırılır. Yeni yaradılan məktəbin məqsədi qlobal düşüncə tərzinə və zəruri professional kompetensiyalara malik mütəxəssis hazırlamaqdır. Müasir cəmiyyətin tələblərinə cavab verən təhsil nəticəsində əldə edilən biliklər və bacarıqlar gələcək mütəxəssislərə bədii-layihə məsələlərini həll etməyə kömək etmək məqsədi daşıyır.
Yaradıcılıqda funksional istiqamətlənməni və sistemli təfəkkür qabiliyyətini gələcək dizaynerlərə aşılamaq üçün Dizayn məktəbitəhsil proqramını kompleks fənlər üzərində qurmuşdur.
Dizayn fakültəsi yaradıldığı zamandan Azərbaycan Respublikasının təhsil sistemində güclü bir mərkəzə çevrilib, məktəbə müəllim qismində fəaliyyətdə olan dizaynerlər, rəssamlar, memarlar, mühəndislər cəlb olunublar. Onların tələbələrə aşıladığı layihə təfəkkürü, metodikası və universitetdə mövcud olan yüksək səviyyəlitəhsil öz bəhrəsini verir, fakültənin tələbələri hələ təhsil aldıqları zaman real dizayn layihələrə qoşulmaq imkanını qazanırlar, beynəlxalq mübadilə proqramlarında iştirak edirlər. Onlar təhsil aldıqları müddətdə ölkədə və xaricdə keçirilən bir çox müsabiqələrdə iştirak edərək diplom və mükafatlara layiq görülürlər.
Dizayner peşəsi müasir dövrümüzdə ən aktual peşələrdən biridir. Dizaynın əhatə dairəsi olduqcageniş və müxtəlif,dizaynerin fəaliyyəti isə çoxplanlıdır. Dizaynermüxtəlif sahələrdə çalışa bilər və seçdiyi istiqamətdən asılı olmayaraq, öz bilik və bacarıqları hesabına dünyanın istənilən nöqtəsində belə öz fəliyyətini apara bilər.
Tədrisin formaları
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş standartlar üzrə bakalavriatura, magistratura, doktorantura pilləsində ənənəvi və distant təhsil.
- Universitetin aparıcı müəllimləri tərəfindən hazırlanmış proqramlar üzrə üç illik ikinci təhsil.
- İşləyən tələbələr üçün fərdi qrafiklər üzrə tədrisin təşkili. Təhsilin qiyabi formasından fərqli olaraq tələbələr onlar üçün xüsusi hazırlanmış cədvəl üzrə tədris prosesində iştirak edirlər, həmçinin tələbələr elektron formada zəruri materiallarla təmin edilirlər: nəzəri material, təsviri və praktik tapşırıqların icrasının nümunələri, sərbəst iş üçün tapşırıqlar.
- Bundan başqa, tələbələr müəyyən edilmiş vaxtda elektron poçt vasitəsi ilə müəllimlə ünsiyyət saxlaya bilərlər.( Microsoft Teams, Skype, WhatsApp və s).
QƏRBİ Kaspi UNİVERSİTETİNdə TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ
- Akademik, həm də praktik fəaliyyətlə məşğul olan və böyük təcrübəyə malik olan yüksək ixtisaslı müəllimlər
- Kiçik saylı qruplar
- Fərdi yanaşma
- Bütün zəruri materiallarla təminat
- Elektron və kağız daşıyıcılarda müasir kitabxananın mövcudluğu.
- Auditoriyaların müasir avadanlığı, qrafik proqramlarla təmin edilmiş kompüter sinifləri.
- Əyani vəsaitlərlə təmin edilmiş və ölkədə analoqu olmayan müasir emalatxanalar.
Məktəbdə aşağıda qeyd olunan emalatxanalar və laboratoriyalar yaradılıb:
- Rəsm emalatxanası
- Rəngkarlıq emalatxanası
- Materialşünaslıq laboratoriyası
- Kompüter laboratoriyası
Akademik heyət
- Əliyev Elçin- Azərbaycan Memarlar və Dizaynerlər İttifaqının üzvü, Qərbi Kaspi Universitetinin Professoru, Sənətşünaslıq üzrə elmlər doktoru.
- Sadıxova Sevil- Professor, Sənətşünaslıq üzrə elmlər doktoru
- Gülrəna Mirzə - Sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent.
- Aşurli Yevgeniya- Dosent, Azərbaycan Dizaynerlər İttifaqının üzvü
- Əliyeva Pərvanə - Dizayn kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü,
- Rəsulov Elnur - baş müəllim, Azərbaycan Rəssamlar İttifaqının üzvü
- Məmmədov Əfrasiyab- Dosent, Azərbaycan Dizaynerlər İttifaqının üzvü
- Maksimov Eynulla- müəllim, Azərbaycan Dizaynerlər İttifaqının üzvü
- Vəlixanova Məryəm-müəllim, Azərbaycan Rəssamlar İttifaqının üzvü
- Əliyeva Zümrüd-müəllim
- Quluyeva Qızqayıt-müəllim
- Bədəlova Aysel-müəllim
- Əjdərov Fariz-müəllim
Bizimlə Əlaqə:
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A
İndeks: AZ1072
Telefon: +994 12 565 39 74
Kafedralar
Akademik heyət
Bakalavr səviyyəsi üzrə
Magistratura səviyyəsi üzrə
Doktorantura səviyyəsi üzrə
- Pərvanə Əliyeva - Azərb. Memarlar İttifaqı üzvü, Dizayn kafedra müdiri
- Elçin Əliyev - s.ü.e.d, prof, Az. Memarlar və dizaynerlər İttifaqın üzvü
- Elnur Rəsulov - Azərb. Rəssamlar İttifaqın üzvü
- Gülrəna Mirzə - s.ü.f.d.,dosent
- Eynulla Maksimov - Azərb. Rəssamlarİttifaqın üzvü
- Yevqeniya Aşurli - Dosent, Azərb. dizaynerlər İttifaqın üzvü
- Əfrasiyab Məmmədov - dosent
- Sevil Sadıxova - s.ü.e.d.,professor
- Zümrüd Əliyeva -
- Məryəm Vəlixanova -
- Aysel Bədəlova -
- Qızqayıt Quliyeva -