Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

TƏLƏBƏLƏRiMiZ BEYNƏLXALQ MÜSABiQƏDƏ UĞUR QAZANDILAR

Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes Məktəbinin birinci kurs tələbələri Aslan Əliyev, Kamilə Məmmədzadə, Ayan Mirzəzadə və Elmin Əhmədov online şəkildə keçirilən “2020 Global Enterprise Experience” müsabiqəsində uğur qazanıblar.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən hər birində 8 iştirakçı olan 120 komanda iştirak edib. Bu günə qədər müsabiqəyə 116 ölkədən 700 universitet və 80 təşkilatdan 12000 iştirakçı qatılıb. Yeni Zelandiyanın Vellinqton Viktoriya Universiteti bu müsabiqəyə ev sahibliyi edir.

Müsabiqədə komandalardan ilkin maliyyəti aşağı olan müəssisə üçün Birləşmiş Millətlərin Dayanıqlı İnkişaf Məqsədini faydalı şəkildə inkişaf etdirməyi hədəfləyən 6 səhifəlik biznes konsepsiyası təklifi hazırlamaq tələb olunub.
İştirakçılara digər ölkələrdən olan komanda üzvləri ilə virtual olaraq tanış olmaq, kreativ ideyalar yaratmaq, birlikdə layihə ideyası seçmək, araşdırma aparmaq, strategiya, marketinq, iqtisadi qiymətləndirmə, maliyyələşdirmə və reallaşdırma ilə bağlı keyfiyyətli bir təklif yazmaq üçün 3 həftə vaxt verilib.
Qürurverici haldır ki, tələbələrimiz bunun öhdəsindən uğurla gəliblər. Tələbələrimizin təmsil olunduğu komandalar müsabiqədə 120 komanda arasından 2-ci və 4-cü yerləri tutublar.