Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti THE təşkilatının master-klassında iştirak edib

Qərbi Kaspi Universitetinin müvafiq bölmələri Times Higher Education İmpact Ranking təşkilatının təşkil etdiyi Rusiya və MDB ölkələrinin 2021-ci il reytinqi ilə bağlı master-klass-da iştirak edib.

Tədbirdə 2021-ci ilin nəticələri, BMT-nin 17 dayanıqlı inkişaf məqsədinin ayrılıqda müzakirəsi, qiymətləndirilməsi, regional iştirak və s. mövzular müzakirə edilib, iştiraçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Times Higher Education-un İmpact Rankingi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirməsindəki müvəffəqiyyətə əsaslanan, universitetlərin cəmiyyətə təsirini əks etdirən yeganə qlobal reytinqdir.