Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində “Calculus I” mövzusunda mühazirə təşkil olunub

Qərbi Kaspi Universitetində “Calculus I” mövzusunda mühazirə təşkil olunub

Qərbi Kaspi Universitetində keçirilən Beynəlxalq Yaz mühazirələri silsiləsi uğurla davam edir.

Bu məqsədlə türkiyəli mütəxəssis Dos. Melis Çamlıoğlunun rəhbərliyi ilə Kompüter elmləri ixtisasının I kurs tələbələri üçün “Calculus I” fənni üzrə mühazirə təşkil olunub.

Tələbələrə inteqrallarda əvəz etmə üsulu, əyrilər arasında sahə, fırlanma cisimlərinin həcmləri (disk və washer metodları), eləcə də dəyişən qüvvənin gördüyü iş mövzuları təqdim edilmiş, həmçinin praktiki nümunələr üzərində işləmə bacarıqları inkişaf etdirilib.

Sonda tələbələr sertifikatlarla təltif olunublar.

Dos. Melis Çamlıoğlu riyaziyyat sahəsində ixtisaslaşıb və hazırda İstanbul Gelişim Universitetinin Kompüter mühəndisliyi fakültəsində fəaliyyət göstərir. Onun əsas tədqiqat istiqamətləri ümumi cəbr, hiperstrukturlar, kommutativ halqalar və qeyri-səlis cəbr sistemlərini əhatə edir.

20-yə yaxın məqaləsi Scopus və SCI indeksli jurnallarda yayımlanıb.

 Tədris fəaliyyəti çərçivəsində isə diskret riyaziyyat, diferensial tənliklər, ehtimal və statistika, riyazi analiz kimi fənləri tədris edib.

Qərbi Kaspi Universiteti beynəlxalq səviyyəli mütəxəssisləri tələbələrlə bir araya gətirməklə onların akademik inkişafına davamlı şəkildə dəstək olur.