Qərbi Kaspi Universitetində Xaqani Şirvani yaradıcılığına həsr olunmuş mühazirə keçirilib
Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin təşkilatçılığı ilə Xaqani Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş mühazirə keçirilib.
Mühazirə farsdilli ədəbiyyat üzrə tədqiqatçı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsi”nin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Könül Hacıyevanın rəhbərliyi ilə baş tutub.
Tədbir zamanı Xaqani Şirvaninin qəzəlləri səsləndirilib, həmin nümunələrin bədii-estetik xüsusiyyətləri geniş şəkildə təhlil edilib. Şairin yaradıcılığındakı dil zənginliyi, obrazlı ifadə vasitələri və poetik üslub xüsusiyyətləri tələblərə təqdim olunub.
Tələbələr qəzəl janrının fəlsəfi məzmunu, poetik dili və klassik ədəbiyyatda tutduğu yer barədə ətraflı məlumatlanıblar.