Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin beynəlxalq uğuru: Impact Rankings 2025-də yüksək nəticə.

Bu ranking Birləşmiş Millətlər Təşkilatının 17 dayanıqlı inkişaf məqsədləri (SDG) əsasında universitetlərin qlobal təsirini qiymətləndirir və ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji sahələrdəki töhfələrini ölçür.

Qərbi Kaspi Universiteti BMT-nin 17  Davamlı İnkişaf məqsədlərindən ikincisində 301-ci sırada yer almışdır.

Universietetin alimləri əməkdaşlıq etdiyimiz partnyor universitetlərin professorlar, tədqiqatçılarla birgə keçirilən araşdırmalar sayəsində əldə edilən elmi nailiyyətlər, onları əks etdirən dünyanın ən nüfuzlu  elmi jurnallarında  çap olunması əsas götürülərək  müəyyən edilib.

İqtisadiyyatının , o cümlədən  kənd təsərrüfatının dayanıqlı inkişafın qida israfının azaldılmasına xidmət edəcək tədqiqatların nəticələrinə həsr olunmuş  müfuzlu elmi jurnallar Scopus, Web of Science ( WOS) məqalələrin sayına görə Qərbi Kaspi Universiteti ölkə birincisidir.

Qərbi Kaspi Universiteti bu istiqamətdə müxtəlif layihələr həyata keçirir, tələbələri və akademik heyəti sosial layihələrə cəlb edir, ekoloji davamlılığa xüsusi diqqət yetirir və cəmiyyət üçün faydalı təşəbbüslərə öncüllük edir.

Bu uğur Universitetimizin yalnız yerli deyil, həm də beynəlxalq səviyyədə tanındığını,sosial məsuliyyət daşıyan bir ali təhsil müəssisəsi kimi qlobal problemlərin həllinə aktiv şəkildə töhfə verdiyini nümayiş etdirir.

Qərbi Kaspi Universiteti gələcək illərdə də ölkəmizin  və qlobal səviyyədə iqtisadiyyatın  müvafiq sahələrdə  Davamlı İnkişafın məqsədlərinə çatmaq üçün tədrisin keyfiyyətini artıran, tədqiqat  nəticələrini daha  yüksək  olması üçün dayanmadan çalışacaq.