Qərbi Kaspi Universitetinin müəllimi elmi ekspedisiyada iştirak edib
Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müəllimi Könül Əhmədova beynəlxalq tədqiqat qrupu ilə birlikdə Naxçıvan Muxtar Respublikasında keçirilən elmi ekspedisiyada iştirak edib.
Məqsəd EVOCAMP proqramı çərçivəsində Naxçıvanın müxtəlif su hövzələrindən şirinsu amfipodlarına (yanüzən xərçənglərə) aid nümunələrin toplanması olub.
Tədqiqatlar zamanı Şahbuz, Culfa, Ordubad və Şərur rayonlarının çay, bulaq və kəhrizlərindən nümunələr götürülüb.
Qeyd edək ki, araşdırmalar “Caucasian Freshwater Amphipods” beynəlxalq elmi layihəsi çərçivəsində həyata keçirilir və Qafqaz regionunun şirinsu ekosistemlərində yaşayan amfipod faunasının öyrənilməsinə xidmət edir.