Qərbi Kaspi Universitetinin müəllimi Polşada “5th International Staff Week” də iştirak edib
Qərbi Kaspi Universitetinin Marketinq və Menecment kafedrasının müəllimi Aynur Axundlu Polşanın Torun şəhərində yerləşən “Nicolaus Copernicus University”də təşkil olunan “5th International Staff Week” beynəlxalq proqramında iştirak edib.
Tədbir Erasmus+ Staff Mobility for Training (STT) proqramı çərçivəsində həyata keçirilib.
Aynur Axundlu QKU-nun beynəlxalq inkişaf strategiyası, qlobal tərəfdaşlıqları və universitetin beynəlxalqlaşma istiqamətində əldə etdiyi nailiyyətlər barədə təqdimat edib.
Erasmus+ proqramı çərçivəsində beynəlxalq təlimçi kimi iştirakını təsdiqləyən rəsmi sertifikat, həmçinin mobility confirmation sənədi ona təqdim olunub.
Proqram “Managing the Challenges of Academic Work in Times of Uncertainty” (Qeyri-müəyyənlik dövründə akademik fəaliyyətin çağırışlarının idarə olunması) ümumi mövzusu altında keçirilib. Əsas istiqamətlərdən biri isə “International Didactic Collaborations: Multiple and Joint Degree Programmes” (“Beynəlxalq təhsil əməkdaşlığı: çoxsaylı, ikili və birgə diplom proqramları”) olub.
Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan universitet nümayəndələri ilə beynəlxalq akademik əməkdaşlıq, ikili və birgə diplom proqramları, innovativ tədris yanaşmaları və ali təhsildə müasir çağırışlar üzrə geniş fikir mübadiləsi aparılıb.