Qərbi Kaspi Universitetinin nümayəndələri iqlim dəyişiklikləri ilə bağlı vebinarda iştirak edib
"COP-27-yə gedən yolda UNESCO-UNFCCC - Sosial transformasiya üçün iqlim dəyişikliyi təhsili üzrə 8 aylıq müzakirələr" adlı vebinarlar seriyasının sayca ikinci vebinarı “İqlim dəyişikliyi ilə bağlı biliklər necə fəaliyyətə çevrilə bilər?” mövzusuna həsr olunub.
Qərbi Kaspi Universitetinin nümayəndələri də müzakirələrdə iştirak ediblər.
Vebinarda əsasən iki istiqamət üzrə müzakirələr aparılıb:
- İqlim böhranını həll etmək üçün şagird və tələbələrin səlahiyyətləndirilməsini təmin etmək üçün təhsil siyasətində və kurrikulumda hansı bilik, bacarıq, dəyərlər və fəaliyyət gücləndirilməlidir?
- İqlim dəyişikliyi haqqında öyrənməni iqlim dəyişikliyi üçün fəaliyyətə necə çevirmək olar?
Vebinarın panel iştirakçıları dünyanın müxtəlif ölkələrinin öndə gedən təşkilatlarının nümayəndələri - gender, təhsil və iqlim dəyişikliyi üzrə mütəxəssis Christina Kwauk (ABŞ), Kusi Kausay Assosiasiyasının prezidenti Edqar Roman (Peru), Hitchckoc Mərkəzinin icraçı direktoru Vilyam Spitzer –(ABŞ) çıxış edərək sosial dəyişikliyə səbəb olacaq transformativ iqlim dəyişikliyi təhsili üçün tələb olunan əsas bacarıqları, dəyərləri eləcə də biliklərini iştirakçılarla bölüşüblər.
Vebinarın sonunda təşkilatçılar hər ayın son çərşənbə axşamı vebinarlar seriyasının davam edəcəyini qeyd ediblər. 28 iyun 2022-ci il tarixində keçiriləcək növbəti müzakirə mövzusu "Post-karbon yaşıl iqtisadiyyatlar üçün təhsil" (Education for post carbon green economies) olacaq.