Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Qərbi Kaspi Universitetində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İstiqlaliyyət küçəsi 27 (Qərbi Kaspi Universiteti) Ərazi partiya təşkilatında, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından sonra ideoloji işin təbliği, qurultayda müəyyənləşdirilmiş vəzifələrin partiya üzvlərinə çatdırılması və Partiya fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə tədbir keçirilmişdir. 

14 oktyabr 2026-cı il tarixində Qərbi Kaspi Universitetində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitet rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının sədri və nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, Azərbaycan dövlətçiliyinin inkişafı, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, milli birlik, dövlətçilik ənənələri və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Tədbirin sonunda Qərbi Kaspi Universitetinin Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş tələbələrinə vəsiqələr təqdim edilib.

wcuwcuwcuwcuwcuwcuwcuwcuwcuwcuwcuwcu