Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

QKU Dizayn Məktəbinin tələbələri təcrübədə

QKU Dizayn Məktəbinin tələbələri təcrübədə

Qərbi Kaspi Universitetinin Dizayn Məktəbinin tələbələri “Mühit Dizaynı–1” və “Kompozisiya” fənləri çərçivəsində interyer şirkətinə və təmir mərhələsində olan yaşayış mənzilinə praktiki məşğələ məqsədilə səfər ediblər.

Təcrübə zamanı tələbələr real iş prosesi ilə yaxından tanış olub, obyekt üzərində ölçü götürmə qaydalarını, plan və layihənin tərtibini, divar açılışlarının hazırlanmasını, funksional zonalaşdırmanı və interyer həllərinin mərhələli şəkildə qurulmasını öyrəniblər.

Material seçimi, kommunikasiya xətlərinin nəzərə alınması və texniki detallara diqqət yetirilməsi kimi vacib məqamlar praktik formada izah edilib.

Bu praktiki təcrübə tələbələrin nəzəri biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaradıb.

Onlar layihəyə daha peşəkar yanaşmağı, ölçü və proporsiya dəqiqliyini qorumağı, komanda ilə işləmək bacarığını və məsuliyyət hissini inkişaf etdiriblər.

Video material: https://www.facebook.com/share/r/1BvraxB25q/?mibextid=wwXIfr