Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

QKU tələbələri “Memorial Hospital”da təcrübə keçir

Qərbi Kaspi Universitetinin biologiya ixtisasının IV kurs tələbələri “Memorial Hospital”da təcrübə keçir.

Burada onlar klinik laborator diaqnostikanın müxtəlif istiqamətləri ilə tanış olur, hematoloji, hormonal və biokimyəvi analizlər, onkomarkerlərin təyini, autoimmun markerlərin analizi, allergoloji analizlər, infeksion xəstəliklərin laborator diaqnostikası, immunoloji və genetik analizlər, həmçinin histoloji və sitoloji müayinələr haqqında məlumat əldə edirlər.

Tələbələrə bu analizlərin aparılma prinsipləri, istifadə olunan müasir laborator avadanlıqlar və əldə olunan nəticələrin tibbi diaqnostikada əhəmiyyəti barədə ətraflı izahlar verilir.

Məqsəd tələbələrin ali təhsil dövründə qazandıqları nəzəri bilikləri real iş mühitində tətbiq etmələrinə imkan yaratmaq, onları müasir laboratoriya texnologiyaları və avadanlıqları ilə yaxından tanış etmək, eyni zamanda peşəkar vərdiş və bacarıqlarının formalaşmasına dəstək olmaqdır.