QKU tələbələri Seyran Səxavətlə keçirilən ədəbi görüşdə iştirak edib
Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təcrübədə olan tələbələri 13 mart tarixində şair, yazıçı, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətlə keçirilən ədəbi görüşdə iştirak ediblər.
Mərkəzi Elmi Kitabxanada baş tutan görüş zamanı maraqlı xatirələr bölüşülüb, ədəbiyyat və yaradıcılıq mövzusunda səmimi söhbətlər aparılıb, şeirlər səsləndirilib. Tələbələr tanınmış ədiblə birbaşa ünsiyyət qurmaq, onun yaradıcılıq yolu və həyat təcrübəsi haqqında dəyərli fikirlər dinləmək imkanı əldə ediblər.
Belə görüşlər təcrübə prosesində tələbələrin ədəbi dünyagörüşünün formalaşmasına, bədii düşüncə tərzinin inkişafına və peşəkar bacarıqlarının möhkəmlənməsinə mühüm töhfə verir.
Təcrübə müddətində keçirilən bu səpkili tədbirlər gələcəyin filoloqları üçün xüsusi əhəmiyyət daşıyır. Onlar həm nəzəri biliklərini real mühitdə tətbiq edir, həm də ədəbi mühitlə yaxından tanış olaraq zəngin təcrübə toplayırlar.