QKU tələbəsinin elmi məqaləsi Kanadada keçirilən “XXI International Scientific Conference – Innovative Scientific Research”də dərc edilib
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Məktəbinin Biologiya ixtisasının I kurs tələbəsi Səkinə Rüstəmova uğur qazanıb.
Kanadanın Toronto şəhərində keçirilən “XXI International Scientific Conference – Innovative Scientific Research” adlı beynəlxalq elmi konfransda onun elmi məqaləsi dərc olunub.
https://conference-w.com/.../04/certificate-0910042026.pdf
Konfransa dünyanın 40-dan çox ölkəsindən iştirakçılar qatılıb.
Tələbəmizin tədqiqatı süni intellektin kənd təsərrüfatında tətbiqinin məhsuldarlığını artırmaq, xərcləri minimuma endirmək və resursları daha səmərəli idarə etmək baxımından yaratdığı innovativ imkanları ortaya qoyur.
Məqalədə avtomatlaşdırılmış suvarma sistemləri, dronlarla bitki monitorinqi və heyvandarlıqda süni intellekt əsaslı analiz kimi texnologiyaların qlobal ərzaq təhlükəsizliyi üçün təqdim etdiyi dayanıqlı və perspektivli həllər əks olunub.
Nəticə etibarilə, Səkinə Rüstəmova kənd təsərrüfatında süni intellekt tətbiqləri üzrə apardığı tədqiqata görə “World of Conferences” (Toronto) təşkilatı tərəfindən sertifikata layiq görülüb. QKU tələbəsinin bu uğuru ağıllı kənd təsərrüfatı sahəsində aparılan elmi araşdırmaların əhəmiyyətini bir daha göstərir.
Eyni zamanda “Agrarian Development Volunteers” təşkilatında könüllü fəaliyyət göstərərək innovativ texnologiyaların tətbiqinə töhfə verməyə çalışır.
Həmçinin Rabitəbank və Matrix Academy tərəfindən birgə təşkil olunan “She Codes AI” layihəsinə seçilib.
Bundan əlavə, ESHG (European Society of Human Genetics) — İnsan Genetikası üzrə Avropa Cəmiyyətinin üzvüdür.