Qərb Universitetində "Heydər Əliyev və Dil" mövzusunda Respublika elmi konfransı keçirildi
30 aprel 2015-ci il tarixində Qərb Universitetində Azərbaycan Pedeqoji Universiteti ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş konfrans keçrilmişdir. Konfrans fəxri xiyabanda ulu öndər H.Əliyevin məzarının ziyarəti ilə başlanmışdır.
Qərb Universitetinin rektoru Z.S.Məmmədova konfrans iştirakçılarını salamlayaraq ümummilli liderin Azərbaycan dövlətinin taleyind, onun mənəvi- siyasi və ictimai həyatında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə onun çoxşaxəli fəaliyyətində dil siyasətindən danışmış və qeyd etmişdir ki, mərkəzləşdirilmiş siyasətin sovet rejminin sərt qanunlarının təzyiqləri altında ittifaqa daxil olan Respublikaları "ögey-doğma” münasibətin höküm sürdüyü bir dövrdə Azərbaycanın İttifaq Respublikaları güclü potensiala malik Respublikaya çevirmə, doğma vətənin sabahını düşünərək dövlətçiliyimizin təməlini möhkəmləndirmək məqsədilə mövcud olan və olmayan imkanlardan istifadə etmək, ən əsası isə milliliyimizin qorunub saxlanılmasına, Azərbaycan dilinin dövlət dili kimi qorunmasına nail olmaq üçün H.Əliyev fenomeni kimi dahiyanə idarəçilik və təşkilatçılıq bacarığına malik olmaq lazım idi.
Sonra YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili, siyasi elmlər namizədi Aydın Mirzəzadə, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Nərgiz Axundova, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev, AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və Qərb Universitetinin fəxri professoru Fikrət Sadıqov çıxış edərək H.Əliyevin dil siyasəti haqqında , Azərbaycandakı çətin dövrlərdə müşahidə edilən dil problemləri və bu problemlərin aradan qaldırılması sahəsində H.Əliyevin atdığı addımlar barəsində danışdılar.
Daha sonra məruzəçilərdən Qərb Universitetinin Dil hazırlığı kafedrasının müdiri fil.e.ü.f.d., dosent Adilə Əsədova "Heydər Əliyevin dili”, Hüquq və humanitar fənlər kafedrasının müdiri, dosent Mirələm Ağa "Azərbaycan dilinin Konstitusiya hüququ statusu”, Azərbaycan Pedeqoji Universitetinin əməkdaşı filologiya elmleri doktoru Həcər Hüseynova "Heydər Əliyevin dil siyasəti” adlı məqalələrlə çıxışlar edərək Azərbaycan dilinin inkişafında ulu öndərin əvəzolunmaz rolundan onun milli dilə və xarici dillərə münasibətindən, nitq mədəniyyətindən və s. danışdılar.
Fasilədən sonra konfrans işini bölmələrdə davam etdirdi.