Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi  konfransı

Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi  konfransı

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş «Azərbaycan və dünya 1991-2018-ci illərdə:müqayisəli inkişaf dinamikası» mövzusunda Respublika elmi  konfransı keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  1. Politologiya və Beynəlxalq münasibətlər
  2. Hüquq və Psixologiya
  3. Pedaqogika,Ədəbiyyat və Dilçilik
  4. Tarix və  Fəlsəfə
  5. İqtisadiyyat və Maliyyə
  6. Turizm və Ekologiya
  7. Kompyuter və Dizayn
  8. Yüksək texnologiyalar və İnnovativ mühəndislik

Konfransın dili və tələb olunan qaydalar:

  1. Məruzənin adı, müəllifin adı və soyadı, elmi dərəcəsi (varsa), oxuduğu və ya işlədiyi yer göstərilməli, əlaqə telefonu mütləq qeyd olunmalıdır.
  2. Məruzənin həcmi A4 formatlı kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və saat 10.00-dan 17.00-dək Universitetin teacher.conference@wu.edu.az e-mail ünvanına göndərilməlidir.
  3. Konfransın məruzələri Azərbaycan, ingilis və rus dillərinin birində olmaqla, həcmi 5-8 səhifəyə qədər ola bilər. Məruzələr yazılan dildən başqa qeyd olunan iki dildə qısa xülasəsi verilməlidir. Məruzənin adından sonra açar sözlər göstərilməlidir. Ədəbiyyat siyahısı kodlaşdırılmalıdır. Məs., [2, 34] və ya [4, 56-57].
  4. Məqalələr 15 aprel 2019-cu il tarixinədək yuxarıda qeyd edilən ünvana göndərilməlidir.
  5. Konfransın təşkilat komitəsinin ünvanı: Bakı şəhəri, Əhməd Rəcəbli parallel  321
  6. Əlavə məlumat almaq üçün Siyasi və İctimai elmlər məktəbinə və Universitetin Nəşriyyat - Çoxaltma Mərkəzinə (012-565-39-76) müraciət edə bilərsiniz.
     

    Konfrans 02 may 2019-cu il tarixində saat 11.00-da Qərbi Kaspi Universitetində (ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli  parallel 321) öz işinə başlayacaqdır. Qeydiyyat saat 10:30-10:50-də aparılacaq.