Tələbələrimiz ağacəkmə aksiyasında iştirak ediblər
Tələbələrimiz IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində növbəti genişmiqyaslı ağacəkmə aksiyasında iştirak ediblər.
Aksiya zamanı Abşeron yarımadasının iqliminə uyğun 2 mindən çox müxtəlifcinsli ağac əkilib.
Aksiyada iştirak edən təhsil naziri Emin Əmrullayev kampaniyanın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu təşəbbüs çərçivəsində əkilən ağacların ətraf aləmin qorunması, daha sağlam ekoloji mühitin yaradılmasında faydası olacaq: “Aksiyaya azərbaycanlılarla yanaşı, ölkəmizin müxtəlif universitetlərində təhsil alan 100-dən çox tələbə qatılıb. Həmçinin “Bir könüllü” təşkilatının könüllü nümayəndələri də ağacəkmə aksiyasında fəal iştirak edirlər. Hesab edirəm ki, təşəbbüs ekologiyanın qorunmasına ciddi töhfədir”.