Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində uğurla çıxış edib

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində uğurla çıxış edib

“46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan regional mərhələsi keçirilib. Onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir), eləcə də Qərbi Kaspi Universitetinin 3 komandası iştirak edib.

Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

Qərbi Kaspi Universitetinin 2 komandası müsabiqədə uğurlu çıxışa görə sertifikatlara layiq görülüb. 2022-ci ildə keçiriləcək “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcək komandaların adları yanvar ayında bildiriləcək.

Qeyd edək ki, “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütamadi olaraq keçirilməkdədir.