Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz Dünya Ətraf Mühit gününə həsr edilmiş seminarda iştirak ediblər

Tələbələrimiz Dünya Ətraf Mühit gününə həsr edilmiş seminarda iştirak ediblər

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin tələbələri və Təbiət elmləri kafedrasının müəllimi K.Y.Əhmədova 8 iyun 2022-ci il tarixində “Yaşıl iqlim” Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Dünya Ətraf Mühit gününə həsr edilmiş seminarda iştirak ediblər.

Seminarda ətraf mühitin qorunması, iqlim dəyişmələri, onun səbəbləri və təsirləri haqqında məruzələr dinlənilib, sosial videolar təqdim olunub.  Seminar zamanı ətraf mühit və iqlim dəyişmələri mövzusunda “Yalnız bir planet” intellektual oyunu təşkil olunub, tələbələrimiz aktiv iştiraka görə sertifikatlara layiq görülüb.