Tələbələrimizdən maraqlı aksiya
Universitetimizin Filologiya fakültəsinin tələbələri İngilis dili və ədəbiyyatı kafedrasının müəllimi Günay Vəlibəylinin rəhbərliyi ilə "Kitabları qurd basıb" adlı aksiya keçiriblər. Aksiyaya İçərişəhər metro stansiyasında start verilib. Tələbələr aksiya başlanan andan etibarən kitab oxumağa başlayıblar və bu toplu şəkildə baş verdiyi üçün ətrafdakıları marağına səbəb olub. Aksiya Heydər Əliyev mərkəzində başa çatıb.
Aksiyanın keçirilməsində məqsəd ictimaiyyətin diqqətini kitaba yönəltmək, mütaliəyə marağı artırmaqdan ibarət olub.