Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konfrans keçirildi.

24 oktyabr 2016-cı il tarixində, Qərb Universitetində dahi müğənni Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konfrans keçirildi.

Giriş sözü ilə Qərb Universitetinin Dizayn kafedrasının müdiri Pərvanə Əliyeva çıxış edərək qonaqları salamladı və tədbiri açıq elan etdi.

Konfransda Qərb Universitetinin professor – müəllim heyəti ilə yanaşı "Oxuyur Müslüm Maqomayev” filminin qurluşçu rəssamı, Azərbaycanın xalq rəssamı Rafiz İsmayılov, AZİMU-nun Rəngkarlıq kafedrasının müdiri, professor Elturan Avalov, Dizayn kafedrasının baş müəllimi Ramiz Aşurli, Bül-bül adına musiqi mətkəbinin müəllimi, musiqişünası Leyla İbrahimova, həmçinin, Müslüm Maqomayev pərəstişkarı Tatyana Boqdanova, Sankt-Peterburqdan, Moskvadan qonaqlar da iştirak etdilər. Konfransda dahi müğənniyə həsr edilmiş "Dizayn” fakültəsinin tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi təqdim edildi və "Canlı əfasənə - Müslüm Maqomayev” filmi nümayiş olundu.