Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

YAP Səbail rayon təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransı keçirilib

YAP Səbail rayon təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransı keçirilib.

15 Aprel tarixində Qərb Universiteti Tələbə Gənclər Təşkilatının səlahiyyətli sədri Ramiz Allahverdiyev başda olmaqla, Universitetimizin bir sıra aktiv tələbələri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransında iştirak etmişdilər.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransında Yeni AzərbaycanPartiyası Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı, partiyanın Siyasi Şurasının üzvü Arif Əsgərov və Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev iştirak etmişlər.

Konfransda YAP Səbail rayon təşkilatının sabiq sədri mərhum Zahid Qaralovun xatirəsi anılıb. Daha sonra isə təşkilati məsələlərə baxılıb, YAP Səbail rayon təşkilatı gənclər birliyi şurasının idarə heyətinin təribi müəyyənləşib. Şuraya 27, idarə heyətinə 17 nəfər seçilib. HƏmçinin YAP Gənclər Birliyinin respublika konfrnasında iştirak etmək üçün 20 nəfərdən ibarət nümayəndə müəyyən edilib. Konfransda Rəşad Fərəcov yenidən YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri seçilib.